SON DƏQİQƏ! General bu vəzifəyə təyin olundu
13 Dekabr 2025, 11:09
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1288
27.12.2024, 11:01
Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiyanın "Pantsir-S" Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulmasına görə məsuliyyət daşıyan şəxslər müəyyən edilib.
Oxu24.com milli.az-a istinadən xəbər verir ki, birinci cavabdeh Çeçenistan Respublikasının Nəqliyyat Nazirliyinin rəhbərliyidir, çünki bu qurum aviasiya hissəsinə nəzarət edir. Nazir Adam Ramazanoviç Çerxiqov bu məsuliyyəti daşıyan şəxsdir.
İkinci cavabdeh "Vaynaxavia" ASC-nin rəhbəri Şahqiriyev Alvi Saydumoviçdir. Bu şirkət Qroznı hava limanını idarə edir.
Həmçinin oxuyun
Hadisəyə görə məsuliyyət daşıyan digər şəxslər arasında Rusiyanın Cənub Hərbi Dairəsinin rəhbərliyi də var, çünki Çeçenistan ərazisi məhz bu hərbi struktura tabedir. Cənub Hərbi Dairəsinin komandanı 2024-cü ilin noyabr ayında general-polkovnik Aleksandr Semyonoviç Sançik olub, onun müavini isə Vladimir Anatoliyeviç Koçetkovdur.
Bundan əlavə, Cənub Hərbi Dairəsi daxilində hava hücumundan müdafiə məsələlərinə cavabdeh olan 4-cü Qvardiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun rəhbərliyi də məsuliyyət daşıyır. Bu hərbi birləşməyə general-mayor Vladimir Stanislavoviç Kutsenko komandirlik edir. Nəhayət, Çeçenistan ərazisində hava hücumundan müdafiə vasitələrinin yerləşdirilməsi məsələsini ilk dəfə 2022-ci ildə Ramzan Kadırov qaldırmışdı. Məsələ xüsusən Ukrayna pilotsuz uçuş aparatlarının Çeçenistana zərbə endirməsindən sonra aktuallaşmışdı, bu hadisə 2023-cü ilin oktyabrında xüsusi təyinatlılar universitetinə qarşı baş vermişdi.
Oxu: Pilotların səs yazısı yayıldı
15:08 / 13 Dekabr 2025
520
14:50 / 13 Dekabr 2025
36
14:38 / 13 Dekabr 2025
52
14:28 / 13 Dekabr 2025
52
14:22 / 13 Dekabr 2025
48
14:12 / 13 Dekabr 2025
159
13:14 / 13 Dekabr 2025
536
13:07 / 13 Dekabr 2025
302
12:58 / 13 Dekabr 2025
162
12:16 / 13 Dekabr 2025
957
12:08 / 13 Dekabr 2025
110
11:44 / 13 Dekabr 2025
75
11:30 / 13 Dekabr 2025
90
11:09 / 13 Dekabr 2025
908
11:07 / 13 Dekabr 2025
401
10:25 / 13 Dekabr 2025
1109
09:15 / 13 Dekabr 2025
874
09:06 / 13 Dekabr 2025
713
08:45 / 13 Dekabr 2025
132
08:37 / 13 Dekabr 2025
158
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1116
00:01 / 13 Dekabr 2025
751
23:20 / 12 Dekabr 2025
691
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.